Şirvan şəhərində su kanalında vətəndaş batıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.
Gülşən RAUFQIZI