Modern.az

Novruz Aslanov Ağdama və Goranboya getdi

Novruz Aslanov Ağdama və Goranboya getdi

Təhsil

21 Aprel 2016, 12:18

20 aprel 2016-ci il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov Goranboy və Ağdam rayonlarında məlum hadisələrdən sonra zərər çəkmiş əhali ilə görüşmək məqsədilə həmin rayonlara səfər edib.

Novruz Aslanovu bu səfərdə Az.QAC-ın idarə-rəisi-vitse-prezident Əziz Qocayev və İcraçı katibi Ceyhun Mirzəyev müşaiyət edib.  

Goranboy rayon İcra Hakimiyyətinin başçsı Nizaməddin Quliyev və Goranboy rayonundan seçilmiş deputat Mahir Aslanovla birgə təmas xəttində əhali ilə görüşən Novruz Aslanov onların problemləri ilə, Az.QAC tərəfindən edilən yardımlarla, xüsusilə hər bir ailəyə verilən çadırlar və oradakı şəraitlə yaxından tanış olub.  

Millət vəkili təmas xəttində yaşayan əhaliyə münaqişə zamanı öz yerlərini tərk etməyərək göstərdikləri mərdliyə və çəsarətə görə təşəkkür etmiş, Azərbaycanın işğal olunmuş torpaqlarının tezliklə azad olunacağının və hazırda bu istiqamətdə bütün zəruri addımların atıldığını bildirib. 

Sonra Az.QAC-ın Goranboy rayon bölməsi və könüllüləri ilə görüş keçirilmiş, münaqişə  ilə əlaqədar Az.QAC-ın öz missiyasına uyğun humanitar yardımların edilməsi və zəruri fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələr verilib.

Günün ikinci yarısı Novruz Aslanov Ağdam rayonuna gedib. Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla birgə təmas xəttində yerləşən Çəmənli və Sarıcalı kəndlərində insanlar ilə görüşüb  Az.QAC tərəfıindən edilən yardımlarla yerində tanış olmuş, həmçinin zərər çəkmiş evlərə və obyektlərə baxış keçirib.

Sonra Ağdam rayon Şəhidlər Kompleksi ziyarət edilib. Məlumat üçün bildirək ki, Novruz Aslanovun Az.QAC-ın missiyasına uyğun olaraq Dağlıq Qarabağın cəbhə bölgəsində yerləşən digər rayonlarına da səfəri nəzərdə tutulub.         







Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı