Modern.az

Kraliça Yelizavetanın yubileyidir - FOTOLAR

Kraliça Yelizavetanın yubileyidir - FOTOLAR

21 Aprel 2016, 12:56

Bu gün kraliça II Yelizavetanın 90 yaşı tamam olur. O, Britaniya tarixinə ən uzun müddətli hökmdar kimi düşüb. Yelizaveta 1952-ci ildən bu postdadır.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, kraliçanın yublieyi şərəfinə müxtəlif tədbirlər keçiriləcək. Yelizaveta özü isə Vindzorski parkda 94 yaşlı əri şahzadə Filiplə gəzintiyə çıxacaq.

Onun atasının idarəçiliyi zamanı kraliçanın müsbət imici olub: İkinci Dünya Müharibəsinin axırında Yelizaveta özünümüdafiə dəstəsinə daxil olub və sanitar avtomobilin mexanik-sürücüsü kimi hazırlıq keçib.

Sonradan, 1947-ci ildə 21 yaşlı  kraliça Yunanıstan və Danimarka şahzadələr sülalələrinin nümayəndəsi Filipə ərə gedib. Yelizaveta taxt-taca çıxana qədər cütlüyün iki övladı – Çarlz və Anna dünyaya gəlib. Kraliça olandan sonra isə cütlüyün daha iki oğlu – Endryu və Edvard doğulub.

Qeyd edilir ki, kral VI Qeorqun ölümü Yelizaveta əri ilə Afrika qitəsində istirahətdə olanda baş verib. Buna görə o, 1952-ci ildə məzuniyyətdən faktiki olaraq kraliça kimi qayıdıb.






Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir