Modern.az

Bakıya 100 təcili yardım maşını gətirilib

Bakıya 100 təcili yardım maşını gətirilib

Təhsil

21 Aprel 2016, 12:54

“Bakıdakı keçiriləcək beynəlxalq yarışlar üçün 100 yeni müasir avadanlıqlarla təchiz olunan təcili yardım avtomobillər gətirilib”.
Modern.az xəbər verir ki, bu sözləri Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib. O qeyd edib ki, Bakıda keçiriləcək beynəlxalq səviyyəli tədbirlərdə təcili və təxirəsalınmaz tibbi yardım xidmətini yüksək səviyyədə təşkili məqsədi ilə zəruri işlər görülür.

“Yarışlarda hər kəsə təcili yardım göstərmək üçün kifayət qədər həkim briqadası var. Ehtiyac olarsa, əlavə həkim briqadaları da bu işə cəlb edilə bilər. “Bakı-2015" Avropa Oyunlarında stansiya bölmələrinin 200-ə yaxın seçilmiş həkimi təlim kurslarına cəlb olunub. Bu il keçiriləcək beynəlxalq yarışlarda da həmin heyət yenidən təlimlərə cəlb ediləcək, onların xidmətlərindən istifadə olunacaq".

R.Nağıyev qeyd edib ki, bu il Bakıda keçiriləcək yeniyetmələr arasında beynəlxalq futbol çempionatı və Formula - 1 yarışlarında idmançılara, xarici ölkələrdən gələn azarkeşlərə və tamaşaçılara ilkin tibbi yardım etmək üçün Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tibbi heyətinin hazırlıq məşğələlərinin keçirilməsi nəzərdə tutulub.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı