Modern.az

Əli Hüseynli dəyişiklik anonsunu verdi

Əli Hüseynli dəyişiklik anonsunu verdi

Təhsil

21 Aprel 2016, 13:41

“Çox həssas məsələ olan uşaq hüquqları mövzusuna hər zaman diqqətlə yanaşılıb.

Bu istiqamətdə həm Azərbaycan dövləti, hökuməti, həm də ali qanunverici orqan olaraq Milli Məclis ardıcıl, sistemli tədbirlər həyata keçirib”.

 Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisdə təşkil olunmuş "Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi" adlı Dəyirmi masada çıxışı zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Deputatın sözlərinə görə, məhz bu addımların, görülən işlərin sayəsində uşaq hüquqlarının təmin edilməsi ilə bağlı həm yaxşı nəticələr, həm də yaxşı, mükəmməl qanunvericilik bazası ortadadır.

"Ancaq praktika zaman-zaman müvafiq qanunvericilikdə müəyyən dəyişikliklər edilməsini də tələb edir”. Hesab edirəm ki, bunlar da edilir və ediləcək"-deyə komitə sədri bildirib.  

 Ağa AKİFOĞLU

 
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı