Modern.az

ABŞ-ın Nevada ştatının qubernatoru martın 31-ni azərbaycanlıların anım günü elan edib

ABŞ-ın Nevada ştatının qubernatoru martın 31-ni azərbaycanlıların anım günü elan edib

Təhsil

4 Yanvar 2011, 13:06

ABŞ-ın Nevada ştatının qubernatoru martın 31-ni azərbaycanlıların anım günü elan edib. Artıq ikinci dəfədir ki, Nevada ştatının qubernatoru martın 31-ni 1918-ci ildə kütləvi şəkildə qətlə yetirilmiş azərbaycanlıların anım günü kimi tanıyır. Tarixdə ilk dəfə olaraq 2009- cu ildə bu gün rəsmi anım günü elan edilib. Nevada ştatının qubernatorunun sərəncamı martın 31-ni azərbaycanlıların milli faciəsi kimi Azərbaycanın hüdudlarından kənarda tanıyan ilk rəsmi sənədlərdən biridir. Sənəddə Bakı və digər şəhərlərdə on minlərlə dinc azərbaycanlının qətlə yetirildiyi qeyd edilir. Qubernatorun sərəncamında Birləşmiş Ştatlar və Amerika vətəndaşlarının Azərbaycan Respublikasının ərazi bötüvlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyi göstərilir. Sənədin qəbul edilməsi ABŞ-da yaşayan azərbaycanlıların səyləri nəticəsində mümkün olub. Amerikada yaşayan azərbaycanlıların USAN təşkilatı sərəncamı dekabrın 31-i Dünya Azərbaycanlılıarın Həmrəyliyi günü münasibətilə açıqlayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə