Modern.az

Belarus prezidenti: “Biz Rusiya üçün uşaq deyilik”

 Belarus prezidenti: “Biz Rusiya üçün uşaq deyilik”

21 Aprel 2016, 16:18

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiyanın uşağı olmadığını deyib.

Modern.az Belarus KİV-nə istinadən xəbər verir ki, prezident bununla belə, Rusiya ilə əlaqələrini saxlamaqda maraqlı olduqlarını deyib.

“Belarus Rusiyanın əlinin altındakı uşaq olmaq fikrində deyil və rusiyalılar, xüsusən Rusiya rəhbərliyi bunu anlamalıdır. Biz sizinlə eyni evdə yaşayan, amma ayrıca mənzili olan müstəqil, suveren dövlətik. Balaca olsa da, bu bizim öz mənzilimizdir. Yeri gəlmişkən, bunu Rusiya prezidenti özü də demişdi”.

Lukaşenko ruslarla belarusların qardaş olduğunu da xatırladıb.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir