Modern.az

"Azəriqaz"ın mətbuat katibini soyublar, pulunu və gödəkçəsini aparıblar

"Azəriqaz"ın mətbuat katibini soyublar, pulunu və gödəkçəsini aparıblar

Təhsil

4 Yanvar 2011, 14:21

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamandar Eyvazov naməlum şəxslərin hücumuna məruz qalıb, oğrular onun cibində olan 16 min dolları götürərək qaçıblar. Nərimanov rayon Polis İdarəsindən ANS-ə verilən məlumata görə, hadisə dünən axşam saat 09.00 radələrində baş verib. “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamandar Eyvazova üç naməlum şəxs Əliyar Əliyev küçəsi, ev 168-in qarşısında hücum edərək ona hədə-qorxu gəlib və yüngül xəsarət yetiriblər. Quldurlar daha sonra onun üzərində olan 16min dollar, 2 mobil telefon və gödəkçəsini alaraq hadisə yerindən qaçıblar. Hadisə baş verən ünvan Binəqədi rayon Polis İdarəsinə aid olduğundan iş baxılması üzün adıçəkilən rayona göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə