Modern.az

Britaniya kraliçasının sərvəti AÇIQLANDI

 Britaniya kraliçasının sərvəti   AÇIQLANDI

21 Aprel 2016, 22:12

 

ABŞ-ın “Forbes” jurnalı bu gün 90 illik yubileyini qeyd edən Böyük Britaniyanın kraliçası II Yelizavetanın şəxsi sərvətini qiymətləndirib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu məbləğ 530 milyon dollardır.

Jurnalın açıqlamasına görə, Yelizavetanın mülkiyyətində Norfokedəki Sandrinqem sarayı və Aberdinşiredəki Balmoral qəsri var. Çexiyanın tarixi daşınmaz əmlak üzrə Luxent agentliyinin eksperti Lenka Duşkova bu aktivləri müvafiq olaraq 65 və 140 milyon dəyərləndirib.

Kraliça həm də bütün ölkə boyunca kəınd təsərrüfatı təyinatlı torpaqlar və at fermalarına, eləcə də Londonda daşınmaz əmlaka sahibdir. Yelizavetanın bundan başqa zərgərlik şəxsi kolleksiyası (zinət tacı sayılan mülkiyyəti bura daxil deyil), əşyalarının arasında 900 min dollar dəyərləndirilən Cartier vintaj tacı da var. Kraliçanın şəxsi taclarının dəqiq qiyməti məlum olmasa da, onların dəyərinin milyon dollara çatdığı istisna edilmir.

“Forbes”in yazdığına görə, kraliçanın bundan əlavə, çoxlu qeyri-likvid aktivləri də da var. Onların sırasında kral ailəsinin üzvlərinin XIX əsrin əvvəlindən filatelizm kolleksiyası xüsusi yer tutur.

Kolleksiyada Böyük Britaniyada hər dəfə buraxılan markadan (Britaniya Qvianı istisna olmaqla, çünki ən nadir marka hesab olunur) bir nüsxə yer alıb. Bu markadan olan yeganə nüsxə 2014-cü ildə Sotheby's hərracında 9,48 milyon dollara satılıb.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi