“İsvecrədə fəaliyyət göstərən Azərbaycan və türk diasporasının numayəndələri, vətənpərvər ziyalılarımız və iş adamları ilə görüşümüzdən xoş təəssüratla ayrıldıq. Əsas mövzumuz isə 1-5 apreldə təmas xəttində baş verən hadisələr, Azərbaycan ordusunun uğurları və Ali Baş Komandanın qətiyyətli mövqeyi haqda idi”. Modern.az saytı xəbər verir ki, bunu millət vəkili Bahar Muradova vurğulayıb.
B.Muradovanın sözlərinə görə, görüş zamanı bu döyüşlərdə həlak olan igid oğullarımızı da böyuk ehtiramla yad ediblər: “Bu görüşdən sonra bir qənaətim daha da möhkəmləndi. Harada yaşamasından asılı olmayaraq, Azərbaycan sevgisi soydaşlarımızı daha çox vətən və torpaq naminə birlik nümayiş etdirməyə, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafinda sıx birləşməyə səfərbər edən əsas amil kimi çıxış edir. Bu gün bu birlik bizə hər şeydən daha cox lazımdır. Böyük Qələbəmizi təmin etmək ücün, müqəddəs Qarabağımızı düşmən tapdağından xilas etmək və bu torpaqlara daimi sülh gətirmək ücün. Mən o günün uzaqda olmadığına çox inanıram”.
Modern.az