Modern.az

Gəncədə ağır qəza: 1 ölü, 3 yaralı

 Gəncədə ağır qəza:  1 ölü, 3 yaralı

Təhsil

21 Aprel 2016, 22:59

 

Bakı-Gəncə avtomobil yolunda avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, “VAZ 2107” markalı avtomobilin aşması nəticəsində sərnişin 1993-cü il təvəllüdlü Zahidi Ayşən hadisə yerində ölüb. Qəza nəticəsində xəsarət alanlar Gəncə şəhər sakinin 1994-cü il təvəllüdlü  Arzu Musayev, 1996-cı il təvəllüdlü Əliyeva Ülviyyə və 1985-ci  il təvəllüdlü  Ələsgər Məmmədovdur.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan VAZ 2107” markalı avtomobil “Qazel” markalı yük maşınına arxadan dəyib, sonra isə yolun kənarına aşıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı