Modern.az

Milli Məclisin iclasının vaxtı niyə dəyişdi?

Milli Məclisin iclasının vaxtı niyə dəyişdi?

Təhsil

22 Aprel 2016, 10:30

Milli Məclisin iclasının vaxtı dəyişidirilib. Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında bildirib ki, iclas aprelin 29-da keçiriləcək.

“İclas aprelin 26-dan aprelin 29-a keçirilib. Səbəb isə aprelin 25-27-də Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsidir. Həmin tədbirdə deputatlar da iştirak üedəcəklər”.  

Qeyd edək ki, Milli Məclisin aprelin 29-a keçirilən iclasının gündəliyinə 7 məsələ daxil edilib.  

Aytən ZƏHRA  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı