Modern.az

Şahbaz Quliyevin anasının evi hələ də uçuq vəziyyətdədir - RƏSMİ

Şahbaz Quliyevin anasının evi hələ də uçuq vəziyyətdədir - RƏSMİ

Təhsil

22 Aprel 2016, 11:07

 

Aprelin 2-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində yaşanan gərginlikdən sonra Azərbaycanın cəbhəyanı rayonlarındakı bir çox yaşayış evinə, təhsil müəssisələrinə, xəstəxanalara ciddi ziyan dəyib. Erməni vandalizmi nəticəsində Tərtər, Fizuli, Ağdam, Goranboy və başqa rayonlarda yüzlərlə ev tamamilə yararsız vəziyyətə düşüb, dağıdılıb. Evi zərər görənlər içərisində 2 ilə yaxındır qanunsuz olaraq erməni girovluğunda saxlanan Şahbaz Quliyevin anası Sənəm Quliyeva da var.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Modern.az saytına hələlik bərpa işlərinə başlanılmadığını deyib:

“Hazırda ermənilər tərəfindən dam örtüyü dağıdılan evlərə çadırlar verilib, evlərin içərisi təmizlənir. İcra hakimiyyəti olaraq üzərimizə düşəni, əlimizdən gələni edirik. Evlərin bərpası ilə bağlı dövlət qurumlarından ibarət komissiyası işləyir, dəyən ziyanlar dəqiqləşdirilir”. M.Məmmədov bildirib ki, rabitə, qaz, işıq xətlərinə, sayğaclara dəyən ziyanları müəyyənləşdirilərək yerli təşkilatların köməyilə bərpa işləri görülüb:

“Şahbaz Quliyevin anası Sənəm xanımın evi də zərər görənlərdəndir. Yaxın vaxtlarda bütün evlərin təmirinə başlanacaq. Hazırda hazırlıq işləri görülür”.

2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, digər azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb.

Dağlıq Qarabağda qurulan qondarma məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər.


Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı