
Fövqaladə Hallar Nazirliyinin (FHN) təyyarəsi tapılmış meyitin Azərbaycana gətirilməsi üçün Türkmənistana yola düşüb.
Bu haqda FHN-nin mətbuat xidmətinin rəhbəri Oktay Bayramov Modern.az saytına məlumat verib.
Xəbər verildiyi kimi, 18 apreldə Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.
Bununla əlaqədar, meyitin tanınması və Vətənə gətirilməsi üçün bu gün Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.
Gülşən RAUFQIZI