Modern.az

Venesuelada əhaliyə gündə cəmi 4 saat işıq veriləcək

Venesuelada əhaliyə gündə cəmi 4 saat işıq veriləcək

22 Aprel 2016, 11:21

Venesuela hökuməti 40 gün ərzində ölkədə elektrik enerjsinin verilməsində 4 saatlıq limit tətbiq edəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə xəbəri ölkənin energetika naziri Luis Motta Domingez verib.   Onun sözlərinə görə əhali sutkada 4 saat elektrik enerjisi alacaq.  

Venesuelada ciddi quraqlıqdan dolayı su elektrik stansiyalarının enerji istehsalını kəskin azaltması bu addıma səbəb olub.  

Ölkədəki ən böyük pivə istehsal edən Polar şirkəti isə pulu olmadığı üçün xaricdən arpa və buğda ala bilmədiyini və fəlaiyyətini dayandırmalı olduğunu elan edib.

Ölkədə 2016-ci ilin yanvarından fövqəladə iqtisadi vəziyyət elan olunub.    

Vüqar İsmayılov      

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir