Modern.az

Jurnalist olmaq istəyənlər qabiliyyət imtahanı verəcəklər

Jurnalist olmaq istəyənlər qabiliyyət imtahanı verəcəklər

Təhsil

22 Aprel 2016, 11:18

2016-cı il aprelin 11‑dən 20‑dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytı vasitəsilə jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrların qabiliyyət imtahanına qeydiyyat aparılıb.
TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan 25 nəfər bakalavr həmin müddət ərzində anketi doldurmaqla qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. Onların 22 nəfəri Azərbaycan bölməsi, 3 nəfəri isə rus bölməsi üzrə imtahan verənlərdir.

Qeydiyyatdan keçmiş həmin bakalavrlar 22-25 aprel 2016-cı il tarixlərində "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 2016-cı il aprelin 26‑dan 28‑dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanı Bakı şəhərində, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) keçiriləcək.

Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə mütləq aşağıdakı sənədləri gətirməlidirlər:

– şəxsiyyətini təsdiq edən sənədi;

– “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;

– dövri mətbuatda, radio və televiziyada, internet KİV‑lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda).

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı