Modern.az

Meymun biznesmeni daşla öldürdü

Meymun biznesmeni daşla öldürdü

Dünya

22 Aprel 2016, 11:46


Çinli biznesmen, böyük Guan Sheng Yuan ərzaq şirkətinin keçmiş rəhbəri Venq Mao dağda turist kimi gəzinti zamanı həlak olub. Modern.az xarici KİV-ə istinadən bildirir ki, 67 yaşlı iş adamının ölümünə səbəb bədbəxt hadisə - yuxarıdan meymunun atdığı daş olub.

Maonu dərhal xəstəxanaya aparıblar, ancaq həkimlər onun həyatını xilas edə bilməyiblər. yuntay dağları vəhşi meymunların məskunlaşdığı ərazi kimi tanınır.

Guan Sheng Yuan şirkəti 1918-ci ildə yaradılıb və əsas ofisi Şanxaydadır. Şirkətin ən çox tanınan məhsulu “Ağ dovşan” adlı südlü konfetdir. Hazırda həmin konfet dünyanın 40-dan çox ölkəsinə ixrac olunur. Bunların arasında ABŞ və Avropa İttifaqı dövlətləri də var.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?