Modern.az

Azərbaycana qar yağıb

Azərbaycana qar yağıb

Təhsil

22 Aprel 2016, 12:01

Azərbaycan ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Modern.az-a bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi aprelin 22-də ölkə ərazisində  hava şəraiti dəyişərək qeyri-sabit keçib, güclü şimal-qərb küləyi əsib, şimşək çaxıb, əksər rayonlarda yağış, dağlıq rayonlarda qar yağıb (1-9 mm).

Qar örtüyü əmələ gəlib, qar örtüyünün hündürlüyü Ləzədə 2 sm olub. Havanın temperaturu 10-12 dərəcə  aşağı enib. Qeyri-sabit hava şəraiti aprelin 23-dək davam edəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı