Modern.az

Qəhrəman it 7 nəfəri xilas edib öldü

Qəhrəman it 7 nəfəri xilas edib öldü

23 Aprel 2016, 20:54

Dayko ləqəbli it Ekvadorda baş verən zəlzələdən sonra dağıntılar altında qalan 7 nəfərin tapılması üçün xiasedicilərə yardım edəndən sonra özü susuzluqdan ölüb. Modern.az xarici mediaya istinadən bildirir ki, xilasedicilər köməkçilərin cəhdlərinə baxmayaraq heyvanın sağ qalmasına nail ola bilməyiblər.

“Bu dördayaqlı dost öz ömrünü borcunu yerinə yetirərkən itirdi. Dayko, sağ ol, sənin qəhrəmanlıq yolun Pelernalesdən və digər xilasedici işlərdən keçdi”, - yanğın söndürənlər itə belə təşəkkür ediblər.

Dörd yaşlı Dayko yanğınsöndürənlər bölməsində xidmət edirdi.

Ekvadorda 7,8 bal gücündə zəlzələ aprelin 17-də gecə baş verib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 570 nəfər həyatını itirib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər