Modern.az

Yanukoviçin sevgilisi keçmiş prezidentlə intim əlaqələrindən DANIŞDI

Yanukoviçin sevgilisi keçmiş prezidentlə intim əlaqələrindən DANIŞDI

Dünya

29 Aprel 2016, 22:00

Ukraynanın keçmiş ədliyyə naziri Yelena Lukaş ölkədən qaçan keçmiş prezident Viktor Yanukoviçlə intim münasibətlərindən danışıb. Modern.az bildirir ki, o, “112 Ukrayna” televiziya kanalına müsahibə verib. Aparıcı Natalya Vlaşenkonun “Lukaşın Viktor Yanukoviçlə romantik münasibəti olubmu” sualını keçmiş nazir qısaca “yox” deməklə cavablandırıb.

“Siz Yanukoviçi və onun komandasını baş verənlərə görə günahkar hesab edirsinizmi” sualına isə Lukaşın cavabı belə olub: “Mən artıq demişəm: “Bağışlamaq olar, amma qucaqlamaq mümkün olmayacaq”

Keçmiş yüksək vəzifəli məmur Yanukoviçin qaçmasını xatırladaraq deyib ki, söhbət xalqın müdrikliyindən gedir: “O, öz andını pozub. Mən bunu satqınlıq kimi dəyərləndirirəm. Xəyanət - bu, əlləri qırmaq kimidir: Bağışlamaq - alınar, qucaqlamaq - artıq yoxdur”.

 “Fevralın 22-də qoşunlara kim göstəriş verib” sualına keçmiş nazir cavabında deyib: “Mənim oliqarx adlandırılan adamlarla münasibətim, əlaqəm yoxdur. Bəziləri ilə ümumiyyətlə həyatımda bir dəfə belə qarşılaşmamışam, ünsiyyətdə olmamışam. Hətta əgər mənə hansısa adam, dostum müraciət edibsə, o, mənə heç cür təsir edə bilməzdi”.

Lukaş qeyd edib ki, oliqarxlar ona tez-tez şəxsi xahişləri ilə bağlı müraciət ediblər. Yelena Lukaşın tapmacaya bənzər karyera yüksəkliyinin səbəbin bi zaman jurnalistlərin çoxu, o cümlədən TVİ televiziya kanalı cəhd edib. Araşdırma filmlərindən birində xanımın başgicəlləndirən karyera yüksəlişi ilə bağlı məlumatlar açıqlanıb.

Məlum olub ki, Moldova əsilli bu qız Severodonetskdə böyüyüb və 2000-ci ildə dövlət idarəçiliyində olmayan Turizm Akademiyasını bitirib, 2000-2005-ci illərdə adi hüquqşünas işləyib. 2006-cı ildə isə birbaşa Ukrayna Nazirlər Kabinetində nazir müavini olub.

2004-2005-ci illərdə məhz Lukaş prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı Viktor Yanukoviçin maraqlarını Ali Məhkəmədə müdafiə edib. Ədliyyə Nazirliyinin müxtəlif səviyyəli rəhbərləri qeyri-rəsmi qeyd edirlər ki, məhz həmin illərdə bu cütlüyün dostluq münasibətləri yaranıb.

2006-cı ildə 29 yaşlı Yelena Lukaş Regionlar Partiyasından hətta Kuvalov, Tabaçnik, Levoçkin, Qerman, Boyko, Pşonka və Klyuev kimi şəxsləri geridə qoyaraq Ukraynanın xalq deputatı seçilir. Yeri gəlmişkən, 2007-ci ildə onun 28 yaşlı bacısı Tatnyana Lukaş Mərkəzi Seçki  Komissiyasının katibi olub.

Maraqlıdır ki, 2010-cu ildə Yanukoviç prezident seçilir. 33 yaşlı Yelena Lukaş isə Prezident Administrasiyası rəhbərinin birinci müavini olur. Lukaş 2012-ci ildə Nazirlər Kabinetinə nazir, bir il sonra isə ədliyyə naziri təyin olunur.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar