Modern.az

Dövlət Komitəsi tələbələr üçün müsabiqə élan edib

Dövlət Komitəsi tələbələr üçün müsabiqə élan edib

Təhsil

5 Yanvar 2011, 14:43

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi görkəmli kimyaçı alim, akademik İzzət Orucovanın anadan olmasının 100 illiyinə həsr olunmuş gənc tədqiqatçıların kimya sahəsində ən yaxşı elmi araşdırmalarıadlı müsabiqə elan edib.
Dövlət Komitəsindən verilən məlumata görə, müsabiqədə tələbə, magistr, aspirant, dissertant və gənc alimlərin iştirakı nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək istəyənlər elmi araşdırmalarını 2011-ci il yanvarın 1-dən fevralın 20-dək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər.

Modern.az 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə