Modern.az

Bakıda mənzildən xeyli pul və qızıl-zinət əşyaları oğurlanıb

 Bakıda mənzildən xeyli pul və qızıl-zinət əşyaları oğurlanıb

Təhsil

24 Aprel 2016, 00:46

 

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib. Modern.az saytı Virtualaz-org-a istinadən xəbər verir ki, rayonun Nəsrəddin Tusi küçəsi, ev 2941, mənzil 49 ünvanında yaşayan Pərvanə Əliyeva evdə olmadığı zaman naməlum şəxslər açar seçmə yolu ilə onun mənzilinə daxıl olublar. Onlar evdən 10250 ABŞ dolları, 5 000 manat pul və 10000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı