Modern.az

Ekvadorda 8 günlük matəm elan olunub

Ekvadorda 8 günlük matəm elan olunub

Dünya

24 Aprel 2016, 09:08



Ekvador prezidenti Rafael Korrea güclü zəlzələ nəticəsində həlak olanların xatirəsinə səkkiz günlük matəm elan edilməsinə dair sərəncam imzalayacağını bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, son məlumatına görə, Ekvadorda aprelin 16-da baş vermiş 7,8 bal gücündə zəlzələ 646 nəfərin həyatına son qoyub, bir neçə yaşayış məntəqəsini dağıdıb.

Prezident bildirib ki, həlak olanlarla yanaşı, 130 nəfər itkin düşüb, təxminən 12,5 min nəfər yaralanıb, 26 mindən çox insan müvəqqəti sığınacaqlarda yerləşdirilib. Xilasetmə işləri zamanı dağıntılar altından 113 nəfəri sağ çıxarmaq mümkün olub, 27 ölkə Ekvadora kömək göstərib.

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür