Modern.az

Qondarma “erməni soyqırımı”, yoxsa iyrənc siyasi “alət”

Qondarma “erməni soyqırımı”, yoxsa iyrənc siyasi “alət”

Təhsil

24 Aprel 2016, 14:13

Bu gün qondarma “erməni soyqırımı” günüdür. Ermənilərin qondarma “soyqırımı” iddiaları həqiqətdən tamamilə uzaqdır. Bunu təkcə tarixi faktlar deyil, eyni zamanda ele onların özlərinin müəyyən isterik davranışları da bunu təsdiqləyir. Ümumiyyətlə qondarma “erməni soyqırımı” iddiaları 4 məkirli məqsədin həyata keçirilməsinə xidmət edir. 1. “Soyqırım” ın bütün dünyada tanıdılması; 2. Türkiyənin bu “soyqırımı” etiraf etməsinə nail olmaq; 3. Türkiyənin “soyqırım”a məruz qalmış ermənilərin vərəsələrinə təzminat ödəməsi; 4. Türkiyənin Şərqində ermənilərə torpaq verilməsi. Şübhəsiz ki, belə cəfəng iddialar Türkiyənin Ermənistana münasibətini yumşaltmağa – sərhədləri açmağa məcbur etmək, habelə qardaş ölkənin nüfuzuna xələl gətirmək, onun Avropa Birliyinə gedən yolunu bağlamaq məqsədini güdür.

Ermənilərin qondarma “soyqırımı” iddiaları Böyük Britaniyanın Elmlər Akademiyasının I dünya müharibəsi ərəfəsində dünya xalqlarının sayı haqqında verdiyi satatistik rəqəmlərlə də ifşa olunur. Belə ki, statistikaya görə I dünya müharibəsi ərəfəsində dünya ermənilərinin sayı 1 milyon 500 mindən bir az artıq olmuşdur. Ermənistan isə guya 1915-ci ildə 1 milyon 500 min ermənin öldürüldüyünü iddia edir. Belə olduğu halda təxminən yüz min erməni əhalisi qalmalı idi ki, bu qədər ermənin də çoxalaraq dünya ermənilərinin hazırkı sayını ifadə edən milyonlarla olması mümkün deyil.

Türkiyə dəfələrlə Ermənistana, habelə dünya birliyinə müraciət edərək ermənilərin bu iddiaları ilə bağlı tarixi hadisələrin araşdırılması üçün müştərək komissiyanın yaradılmasını,bu məsələ ilə bağlı bütün arxiv sənədlərinin təqdim edilməsini təklif etmişdir. Hətta Türkiyə Respublikasının rəhbərliyi ermənilərin hər il apreiln 24- ü tarixinin dünyaya “erməni soyqırımı” günü kimi təqdim etmələrinin yalan olduğunu sübuta yetirmək məqsədi ilə Osmanlı dövrünə aid arxivlərin qapılarının da dünyanın bütün tarixçi ailmlərinin üzünə açıq olduğunu bəyan etmişdir. Bu təklifə də cavab verməyən ermənilərin real faktlara əsaslanmadığı, bu qondarma iddiadan ideoloji və siyasi məqsədlərlə istifadə etdiyi indi dünya ictimaiyyətinə yaxşı bəllidir.

Tarixçi alimlər haqlı olaraq bildirilər ki, ermənilər həmin vaxt “Qərbi Ermənistan” dövləti yaratmağa nail olmadıqları üçün hər il aprelin 24-nü “genosid günü” kimi qeyd edirlər. Başqa sözlə məhz həmin gün erməni ideoloqlarının “Böyük Ermənistan” dövləti yaratmaq xülyaları puça çıxdı. Erməni “tarixçi”ləri 1915- ci ilin aprel-may aylarında Şərqi Anadoluda 1 milyon 500 min erməninin guya “türklər tərəfindən qətlə yetirildiyini” iddia etmələri absurddur. Çünki, Osmanlı imperiyası dövründə keçirilən əhalinin siyahıya alınmasına görə o vaxt bütövlükdə Türkiyədə cəmi 1 milyon 200 min erməni yaşayıb. Bu faktın özüdə qondarma “erməni soyqırımı” nın reallıqdan uzaq, böhtan xarakterli olduğunu bir daha təsdiqləyir. Əslində isə həmin vaxt I dünya müharibəsində iştirak edən Türkiyənin ağır vəziyyətindən istifadə edən erməni silahlı birləşmələri çoxlu sayda türk kəndlərinə hücum edərək minlərlə dinc əhalini qətlə yetirməklə əsl soyqırımı törətmişdilər.

“Böyük Ermənistan” , “Dənizdən dənizə” , “Ən qədim xalq” və s. qondarma olduğu qədər də absurd nəzəriyyələrdə ifadə olunan “genetik nasazlıq” sindromundan əziyyət çəkən ermənilərin əsl simasının tanınmasına düşünürəm ki, çox qalmayıb. Bir çox dahilər,o cümlədən Rusiya poeziyasının “günəşi” hesab edilən A.S.Puşkin ermənilərin bu keyfiyyətini hələ bir neçə əsr əvvəl anlamışdır. Gürcüstanda məskunlaşıb və sonradan muxtariyyət tələb edən ermənilərə “Sizin çətin gününüzdə sizə ürəyimizdə yer verdik. Amma siz sonra ürəyimizdən də pay istədiniz” deyən İlya Çavçavadze erməni xislətini dahiyanə şərh etmişdir.

Ermənistanın qondarma “erməni soyqırımı” ilə bağlı yürütdüyü siyasət siyasi “janqlyorluq” dan başqa bir şey deyil. Ermənilərin yazıq, məzlum, əzilmiş obrazını yaratmağa hesablanan bu siyasət əfsuslar olsun ki, bir sıra dövlətlərin əlində Türkiyəyə qarşı iyrənc təsir vasitəsinə çevrilib. Fransanın bir neçə il əvvəl qondarma “erməni soyqırımı”nı tanımayanların cinayət məsuliyyətinə cəlb edilərək 3 ilədək azadlıqdan məhrum etmə və ya 45 minədək avro cərimə cəzasına məhkum edilməsi barədə qanununu misal göstərmək olar. Türkiyə ilə son məlum təyyarə qalmaqalından sonra Rusiyanın da belə bir addım atmağa cəhd etməsi qondarma “erməni soyqırımı” nın iyrənc bir siyasi “alət”ə çevrilməsinin bariz nümunəsidir. Bu da tarixi həqiqətdir ki, heç bir alət daim yararlı ola bilməz. Qondarma “erməni soyqırımı”nında istifadəyə yararsız bir “alət”ə çevriləcəyini günü İnşallah bir gün biz və bütün dünya ictimaiyyəti görəcək! 

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı