Modern.az

9 yaşlı yaşlı uşağın meyiti tapıldı

9 yaşlı yaşlı uşağın meyiti tapıldı

Təhsil

24 Aprel 2016, 17:23

21 apreldə Kür çayında batan 9 yaşlı Əhmədov Şükür Fəxrəddin oğlunun cəsədi tapılıb. Bu bardəə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində Şirvan su kanalında (ən yaxınlıqdakı məntəqədən 6 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. 2007-ci il təvəllüdlü, Şükür Əhmədovun cəsədi batdığı yerdən 5 km aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilibş

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı