Modern.az

Suriyadan Türkiyəyə yenə də mərmi atılıb: 1 ölü, 10 yaralı

Suriyadan Türkiyəyə yenə də mərmi atılıb: 1 ölü, 10 yaralı

Təhsil

24 Aprel 2016, 21:14

 

Türkiyənin Suriya ilə həmsərhəd Kilis şəhərindəki məscidlərdən birinə qumbaraatan mərmisi düşüb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 18.10-da baş verib. Belə ki, Suriya istiqamətindən, İŞİD terror qruplaşmasının nəzarəti altında olan ərazidən atılan mərminin partlaması nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Qeyd edək ki, bu gün səhər saatlarında da Kilis şəhəri  atəşə tutulub. Şəhərin Dəmirçilər məhəlləsinə 2 qumbaraatan mərmisi düşüb, nəticədə 6 nəfər yaralanıb.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı