Modern.az

Əl-Cəzirə ermənilərin dağıtdığı məktəbdən süjet yayımlayıb -video

  Əl-Cəzirə ermənilərin dağıtdığı məktəbdən süjet yayımlayıb -video

Təhsil

24 Aprel 2016, 22:02

 

Dünyanın ən aparıcı telekanallarından olan Əl-Cəzirə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyətlə bağlı süjet yayımlayıb. Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, süjetdə Azərbaycan torpaqlarının işğal olunmasından və aprelin əvvəlindəki dörd günlük müharibədən bəhs olunur.  

Azərbaycan ordusunun yerləşdiyi mövqelərdə olan telekanal əməkdaşları, onun son döyüş əməliyyatları vaxtı ələ keçirdiyi yüksəklikləri də tamaşaçılara nümayiş etdiriblər.  

Süjetin ən maraqlı epizodu isə ermənilərin Tərtər rayonunda atəşə tutduqları və demək olar ki, tam dağılmış məktəbdən çəkilən hissə olub.  

Həmin video-süjeti təqdim edirik.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı