Modern.az

Avstriyada Rusiya meylli siyasətçi prezident seçilə bilər

 Avstriyada Rusiya meylli siyasətçi prezident seçilə bilər

24 Aprel 2016, 21:54

 

Aprelin 24-də Avstriyada prezident seçkiləri keçirilib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, səslərin ilkin sayılmasından sonra “Azadlıq” Partiyasının namizədi millətçi Norbert Xoferin ikinci tura çıxdığı məlum olub. Onun ilk turda 36,6 faiz səs topladığı bildirilir. İkinci yerdə partiya mənsubiyyəti olmayan, lakin Yşıllar Partiyasının dəstəklədiyi namizəd Aleksander Van der Bellen qərarlaşıb. Əgər bu iki nəfər liderliklərini qoruyarlarsa, mayın 22-də keçiriləcək ikinci turda yarışacaqlar.  

Avstriyadakı seçkinin indiki nəticəsi sensasiya kimi qəbul edilir. Çünki seçki ərəfəsi 25 faiz səs toplaya biləcəyi ehtimal edilən Norbert Xofer üçün ikinci yer proqnozlaşdırılırdı. O, Rusiya meylli siyasətçi kimi tanındığından bir çox ekspertlər də hazırda 36 faiz səs toplamasına təəccübləniblər.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır