Modern.az

“Dinamo” 15-ci dəfə Ukrayna çempionu oldu

  “Dinamo” 15-ci dəfə Ukrayna çempionu oldu

Təhsil

24 Aprel 2016, 23:06

 

Kiyevin “Dinamo” futbol klubu 23-cü tur çərçivəsində bu gün Poltavanın “Vorskla”komandasını 1:0 hesabı ilə məğlub edib. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, beləliklə, kiyevlilər mövsümün sonuna 3 tur qalmış milli çempionatda özlərinə qızıl medalı təmin ediblər.

“Dinamo” bu qələbədən sonra turnir cədvəlində Donetskin “Şaxtyor” klubunu 7 xal qabaqlayır. Komandanın 3 tur əvvəl artıq çempionluğu təmin etməsinin səbəbi isə mövsümün sonuna 1 tur qalmış qarşılaşmalı olduğu Zaporojetsin “Metallurq” klubunun yarışdan uzaqlaşdırılmasıdır. Məhz bu səbəbdən “Dinamo” avtomatik olaraq 3 xalı indidən qazanmış hesab edilir.

İkinci dəfə dalbadal birinci yeri tutan “Dinamo” bununla 15-ci dəfə Ukrayna çempionu titulunu qazanacaq.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı