Modern.az

2500 nardaranlı hicaba görə Prezidentə müraciət edib

2500 nardaranlı hicaba görə Prezidentə müraciət edib

Təhsil

5 Yanvar 2011, 20:15

Bakının Nardaran qəsəbəsinin 2500 sakini adından imzalanmış müraciət Prezident İlham Əliyevə göndərilib. Nardaran sakinlərinin verdiyi məlumata görə, müraciətdə məktəblərdə hicaba qadağanın ləğvi xahiş olunub.
Müraciətə imza atan Nardaran sakinləri bildiriblər ki, onlar ölkə başçısının Təhsil Nazirliyinin qadağasına münasibət bildirəcəyinə ümid bəsləyirlər.
 
Təhsil Nazirliyinin qərarına görə, şagirdlər orta məktəblərə yalnız vahid məktəbli geyimində gəlməlidirlər. Nazirliyin bu qərarı hicab bağlayan qızların valideynləri tərəfindən narazılıqla qarşılanıb və bununla bağlı artıq ölkənin ayrı-ayrı yerlərində bir sıra etiraz alsiyaları da keçirilib. Buna baxmayaraq, Təhsil Nazirliyi qərarını dəyişməyəcəyini bəyan edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə