Modern.az

Milli Şura formatında dəyişiklik edir?

Milli Şura formatında dəyişiklik edir?

Təhsil

25 Aprel 2016, 12:26

 

“Onu deyə bilərəm ki, Milli Şuraya üzv olmaq üçün müraciət edənlər kifayət qədərdir. Hətta, əvvəlkilərdən də çoxdur”.

Bunu Modern.az-a açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev yeniliklərdən danışarkən deyib.   O, yaxın zamanlarda Milli Şuranın sessiyasının olacağını da söyləyib.    

“Milli Şuranın tərkibində, formatında  hər hansı dəyişikliyin aparılması Şuranın sessiyasında müzakirə olunur. Bu yaxınlarda Milli Şuranın sessiyası keçiriləcək.

Yeni üzvlər və digər  məsələlərə sessiyada baxılacaq. Sadəcə, dövlət məmurları tərəfindən sessiyanı keçirməyimiz üçün süni əngəllər yaradılır. Ona görə də dəqiq vaxt deyə bilmirəm. Amma çalışırıq ki, çox yaxın zamanda Milli Şuranın sessiyasını həyata keçirək”.  

Qeyd edək ki, Milli Şura 2013-cü il mayın 28-də elan olunub.  

Namidə BİNGÖL

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı