Modern.az

“Nuru paşa haqqında çəkəcəyimiz film üçün bir neçə layihə var” - Nazirlikdən AÇIQLAMA

“Nuru paşa haqqında çəkəcəyimiz film üçün bir neçə layihə var” - Nazirlikdən AÇIQLAMA

Təhsil

25 Aprel 2016, 13:26

“Türkiyə ilə Nuru paşa haqqında filmin çəkilməsi üçün əlimizdə bir neçə layihə var. Onların arasında sənədli, bədii və digər formatlarda layihələr mövcuddur”.

Bu barədə Modern.az saytına açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Kinemotoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, yekun qərar qərar olmadığına görə, layihələrin adlarını açıqlamaq tezdir:

“Hələ ki bununla bağlı müzakirələr gedir. Ona görə də yekun qərar verilmədiyinə görə, əvvəlcədən layihələrin adlarını açıqlamaq tezdir.

Filmlə bağlı addımlar hələ ki ilkin mərhələdədir”.

Sektor müdiri deyib ki, filmin ssenarisi yazıldıqdan sonra baxılması üçün Türkiyə tərəfinə təqdim olunacaq:

“Biz Azərbaycan tərəfi olaraq, film üçün ssenarini müəyyən etdikdən sonra Türkiyə tərəfinə də təklif edəcəyik. Çəkilişə başlayacağımız tarix hələ ki tam dəqiq deyil. Ssenari seçildikdən sonra aktyor və aktrisa seçiminə də başlayacağıq”.

Orxan Fikrətoğlunun filmin ssenarisini yazacağı məsələsinə münasibət bildirən nazirlik rəsmisi “hər şey ola bilər, çalışacağıq ki, maraqlı ssenari ortaya gətirək”-deyə bildirib.

Qeyd edək ki, bu yaxınlarda Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta Modern.az saytına Azərbaycan və Türkiyənin ortaq tarixi mövzusu olan Nuru paşa haqqında film çəkiləcəyi haaında məlumat vermişdi. O, çəkiləcək filmlə bağlı  Türkiyənin və Azərbaycanın Mədəniyyət və Turizm nazirlikləri danışıqlar aparıldığnı bildirmişdi.

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı