Modern.az

Azərbaycanın “beyin mərkəzi”nin rəhbəri Moskvaya niyə gedir?

Azərbaycanın “beyin mərkəzi”nin rəhbəri Moskvaya niyə gedir?

Təhsil

25 Aprel 2016, 14:11

26-28 Aprel 2016-cı il tarixlərində Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin  (SAM) Direktoru Fərhad Məmmədov Rusiya Müdafiə Nazirliyi təşkilatçılığı ilə keçiriləcək “V Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransı”nda iştirak etmək üçün Moskvaya səfər edəcək edəcək.

SAM-dan Modern.az-a verilən məlumata görə, plenar iclası salamlama nitqi ilə Rusiya müdafiə naziri, xarici işlər naziri və Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi açacaq.   

Tədbirdə “Terrorizm qlobal təhlükəsizliyə böyük təhdid kimi”, “Yaxın Şərq ziddiyyətlər düyün”, “Beynəlxalq təhlükəsizlikdə ənənəvi və yeni çağırışlar”, “Mərkəzi Asiyada təhlükəsizlik”, “Qlobal təhlükəsizlik və hərbi əməkdaşlıq”, “Avropada müharibə və sülh məsələləri: Avropada yeni təhlükəsizlik sistemi” mövzulu panellər planlaşdırılır.  

Fərhad Məmmədov “Beynəlxalq təhlükəsizlikdə ənənəvi və yeni çağırışlar” mövzulu paneldə çıxış edəcək.    

Aqşin KƏRİMOV

 
Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı