Modern.az

Başsağlığı aşiqləri

Başsağlığı aşiqləri

Təhsil

25 Aprel 2016, 14:52

Erməni uydurmasının 101-ci ili gəldi. Qluunedi nədi, adını da nə deyə, nə də yaza bilirəm. Onu bilirəm ki, Hollivudun artistidir və arvadı Avropa İnsan Haqları Məhkəməsində ermənilərin rəsmi vəkili idi. 1 milyon dollara gəlmişdi. Amma Vətən Partiyasının rəhbəri Doğu Pərincək o arvadı da, erməniləri də həqiqət önündə diz çökdürdü.

İstambulda isə HDP tör-töküntüsü, yəni PKK-nın “qalstuklu uzantısı” erməni deputatları Karo Paylanın dirijorluğu ilə “genosid” deyib, həyasızlıq səhnəsini təzələdilər. Yəni həmin o artist, terrorçu erməni-kürd birliyi Xocalı soyqırımının baş aktyoru Sərkisyanın yanında yer aldılar.

Və bir də…

Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan İstambuldakı erməni kilsəsinin həmin o keşişi, daşnak pozuntusu Aram Atəşyana başsağlığı məktubu göndərdi. 1915-ci ildə Türkiyəni bölmək istəyən, türklərin qan gölündə boğan dığaların qohumlarına, yaxınlarına təziyyə mesajları çatdırdı.

Kimsə bunun diplomatik addım kimi qiymətləndirə bilər. Amma, cənablar, Ərdoğan bir ölkə rəhbəri, prezident kimi yalnız xain ermənilərə deyil, əsl soyqırıma uğrayan türklərə də başsağlığı verməliydi.

Onu da deyim ki, Ərdoğan bundan əvvəl də ermənilərə belə mesajlar vermişdi. Türkiyədə tək bir dənə toplu erməni məzarı yoxdur, amma o torpaqları şair demişkən “ovcuna alıb sıxsan, barmağının arasından türk qanı fışqırar”.

Amma erməni terrorçuları ASALA tərəfindən qətlə yetirilən türk diplomatları da həmin gün, yəni dünən unudulmadı. Onlar iftixarla yad edildilər. Məzarları başında isə iki bayraq - Türkiyə və Azərbaycan bayraqları qoşa dalğalanırdı!!!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı