Modern.az

Obama Suriyaya qoşun göndərir - RƏSMİ

Obama Suriyaya qoşun göndərir - RƏSMİ

Dünya

25 Aprel 2016, 15:29


ABŞ prezidenti Barak Obama Suriyaya əlavə olaraq 250 amerikalı həbri qulluqçunun göndərildiyi barədə xəbəri təsdiqləyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hərbi kontingent İŞİD-lə mübarizəyə qoşulacaq.  Hannoverdə Angela Merkellə görüşən Obama xüsusi təyinatlı qüvvələrin yerli müxalifətçilərə təlim keçəcəyini bildirib.  

Bununla da, regionda amerikalı hərbi qulluqçuların sayı 300 nəfərə çatmış olacaq. Ağ Evdəki hərbi məsləhətçilərin fikrincə, bu kontingent İŞİD-ə qarşı effektiv ola bilər.  

Barak Obama Hannover görüşündə Avropa ölkələrindən NATO-nun şərq cinahını möhkəmləndirmək üçün əlavə addımların atılmasını da tələb edib.

Onun fikrincə, Almaniya və Britaniya Baltikyanı dövlətlərə, Rumıniyaya əlavə qoşun növləri göndərməlidir.  

Vüqar İsmayılov      

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı