Modern.az

Növbəti “Gənclər evi”nin ünvanı Binəqədi rayonu olub

Növbəti “Gənclər evi”nin ünvanı Binəqədi rayonu olub

25 Aprel 2016, 15:45

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədovanın Modern.az-a verdiyi məlumata görə, 25 aprel 2016-cı il tarixdə Binəqədi rayon, 7-ci mikrarayon, S.S.Axundov kücəsində yeni “Gənclər evi”nin açılış mərasimi baş tutub. Tədbirdə Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov, Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov və digər rəsmilər iştirak ediblər.

Açılışda çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdəki 38 sayda "Gənclər evi"nin  artıq genış şəbəkə olduğunu diqqətə çatdırıb.  

Azad Rəhimov: “Gənclər evlərinin yaradılması prosesi 2006-cı ildən başlayıb. 2006-2008-ci illərdə - 5, 2009-2012-ci illərdə - 12, 2013-2015-ci illərdə 19 Gənclər Evi/Mərkəzi tikilib gənclərin istifadəsinə verilib”. Deyə qeyd eidb.

Nazir eyni zamanda çıxışında Gənclər və İdman Nazirliyi tərəfindən Balakən, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Tovuz, Daşkəsən, Sabunçu. Suraxanı, Xəzər, Qaradağ və  Binəqədidə tikilmiş Gənclər Evlərinin sayının 12-ə çatdığını bildirib.

Aytən ZƏHRA  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır