Modern.az

Almaniya Türkiyədə öz aviasiya bazasını yaradacaq

Almaniya Türkiyədə öz aviasiya bazasını yaradacaq

25 Aprel 2016, 16:08

Almaniya hökuməti Türkiyədə özünün aviasiya bazasını yerləşdirmək niyyətindədir. Modern.az xarici KİV-ə istinadən bildirir ki, daimi yerləşmə İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına qarşı ciddi müqavimətə güclü kömək olacaq.

Almaniya hərbçilərinin “İncirlik” hava bazasının ərazisində yerləşdiriləcəyi güman edilir. Burada Almaniyanın uçuş zolağı, komanda məntəqəsi, poliqon və 400 alman hərbçisi üçün kazarma tikiləcək.

İŞİD terrorçuları ilə mübarizə üçün bazaya Almaniyanın “Tornado” kəşfiyyat təyyarələri də yerləşdiriləcək. Bazanın tikintisinə 65 milyon avro ayrılacaq. Bunun 34 milyonu komanda məntəqəsi, 15 milyonu yaşayış zonasının tikintisinə, 10 milyonu isə Türkiyə hava limanının genişləndirilməsinə xərclənəcək. Obyektin 2017-ci ilin yayında istifadəyə verilməsi planlaşdırılır.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir