Modern.az

İlham Əliyev türkiyəli həmkarı ilə görüşüb

 İlham Əliyev türkiyəli həmkarı ilə görüşüb

Təhsil

25 Aprel 2016, 21:01

 

Bu gün Prezident İlham Əliyev ölkəmizə işgüzar səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Modern.az saytı xəbər verir ki, görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Yüksək səviyyəli görüşlərin əməkdaşlığın inkişafı baxımından önəmi vurğulanıb. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyəti vurğulanıb və bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyi bildirilib.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə Türkiyənin birinci xanımı Əminə Ərdoğan arasında da görüş olub.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı