Məşhur “İnsanlar üçün, kimi sevirdim” avtobioqrafik kitabının müəllifi fransalı yazıçı Martin Qrey 93 yaşında ölüb. Modern.az xarici mediaya istinadən bildirir ki, onun meyiti Belçikanın Siney şəhərindəki şəxsi evinin hovuzunda tapılıb.
Onun meytinə baxış keçirilib və şübhəli heç nə aşkarlanmayıb. 1922-ci ildə Varşavada anadan olan yazıçı adıçəkilən kitabında öz ailəsinin bəzi üzvlərini faşist hərbi düşərgəsində, eləcə də 1970-ci ildə Fransanın cənubundakı meşə yanğınları zamanı necə itirməsindən yazıb. Bundan əlavə, o, daha 10 kirab müəllifidir.
Modern.az