Suriyanın Hələb şəhərinin raket atəşinə tutulması nəticəsində iki erməni ölüb, üçü yaralanıb. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, ölənlər Corc Taşçyan və Avetis Torosyan, yaralananlar Ani Avaqyan, Ando Paxaryan və Arut Pazqalyandır.
Hələbin müxtəlif məhəllələrinin, o cümlədən ermənilərin əhalisinin məskunlaşdığı Süleymaniyə məhəlləsinin atəşə tutulması nəticəsində 16 nəfər ölüb, 86 nəfər yaralanıb.
Modern.az