Modern.az

Tərtər, Ağdam, Goranboy istiqamətində güclü döyüş başladı

 Tərtər, Ağdam, Goranboy istiqamətində güclü döyüş başladı

Təhsil

26 Aprel 2016, 06:48

Bu gün axşam saatlarından cəbhənin Tərtər istiqamətində Ermənistan ordusu yenidən atəşkəsi pozub.


Moderna.az-ın Tərtərdəki əməkdaşının verdiyi məlumata görə, təmas xəttində şiddətli döyüşlər başlayıb.

Azərbaycanın Ermənistan işğalı altında olan bölgələrindən düşmən silahlıları mövqelərimizə və mülki əhalinin yaşadığı məntəqələrə atəş açır. Düşmənə layiqli cavab verilir.

Tərtər-Ağdam istiqamətində hər iki tərəf ağır artilleriyadan istifadə etməklə, döyüş aparırlar.   

Döyüş saat 01 radələrində ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması ilə başlayıb, hazırda da davam edir. Hərbi toqquşma və itkilərlə bağlı hələlik məlumat yoxdur. 

Cəbhənin Goranboy istiqamətində də ermənilər atəşkəsi ciddi şəkildə pozublar. Yerli sakinlərin verdiyi məlumata görə, Talış kəndi istiqamətində döyüşlər səhərə kimi davam edib. 

Qeyd edək ki, ötən gün Ermənistan prezidenti Sərkisyan sülh danışıqlarını dayandırdıqlarını bəyan etmişdi. O, demişdi ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır.  (musavat.com)

 

Modern.az 

 
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı