Modern.az

Obama: “Putin səhv edir, mən onu inandıra bilmədim”

Obama: “Putin səhv edir, mən onu inandıra bilmədim”

26 Aprel 2016, 10:57


ABŞ prezidenti Barak Obama deyib ki, rusiyalı həmkarı Putinin NATO və Avropa Birliyini öz hakimiyyətinə təhlükə görməsi səhv yanaşmadır.

Modern.az
saytı xəbər verir ki, CBS telekanalına müsahibə verən Obama əslində Rusiya prezidentinin zənnində yanıldığını vurğulayıb.

“Hesab edirəm ki, o səhv edir. Mən ona göstərdim ki, birləşmiş Avropa birləşmiş və güclü Rusiya ilə sülh istəyir”.

Bununla belə, Obama Putini buna inandıra bilmədiyini etiraf edib.

Müsahibə zamanı qaradərili prezident Rusiyadan qonşularına təzyiq göstərməməyi xahiş etdiyini də deyib. Obamanın fikrincə, Avropadakı miqrant axını təkcə “qoca qitə”nin yox, bütün dünyanın bəlasıdır.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir