Modern.az

Şimali Koreyadan qaçan XANIM: “Bütün qadınlar 2 zabit tərəfindən zorlanmışdı”

Şimali Koreyadan qaçan XANIM: “Bütün qadınlar 2 zabit tərəfindən zorlanmışdı”

Dünya

26 Aprel 2016, 14:17


Şimali Koreya Xalq Ordusunda hərbi tibb bacısı kimi xidmət edən qadın Cənuba qaçıb və kommunist dövlətindəki özbaşınalıqlardan danışıb.  

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Seulda mətbuat konfransı keçirərkən qadın “demək olar ki, hər gün zabitlər tərəfidən cinsi istismara məruz qalırdıq” deyə açıqlama verib.

İki dəfə partiya rəhbərliyinə təcavüzlə bağlı şikayət etdiyini desə də qadını hər şeyə rəğmən işdən qovublar, ona əzab verən zabitlər isə öz vəzifələrində qalıb.  

“Yeni Koreyanın Qadın Alynası” təkşilatının sədri Tsoy Su Xayan isə 100 qadın və 20 kişidən ibartə 120 nəfərlik dəstədə bütün qadınların 2 zabit tərəfindən zorlandığını xatırlayır.

Şimali Koreya Xalq Ordusunda 1 milyon hərbi qulluqçu var, daha 4 milyon nəfər isə ehtiyatdadır. Kommunist respublikasında yaşı 17-ə çatan hər kəs əsgərliyə yollanır.  

Vüqar İsmayılov 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir