Modern.az

Saakaşvilidən Poroşenkoya XƏBƏRDARLIQ: Dövlət çökür – VİDEO

 Saakaşvilidən Poroşenkoya XƏBƏRDARLIQ:  Dövlət çökür – VİDEO

26 Aprel 2016, 21:12

 

Odessanın qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkoya Odessaya Milli qvardiya göndərməsi üçün müraciət edib. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, o bu haqda “Facebook”dakı videomüraciəti vasitəsilə məlumat yayıb. Saakaşvili bəyan edib ki, yerli Ukrayna Təhlükəsizlik Xidməti yalnız bir işlə - islahatçılar komandasını izləməklə məşğuldur.

O qeyd edib ki, Ukraynada dövlətin çökməsiunin bütün əlamətləri görünür. Saakaşvili bu bəyanatı ilə Odessanın siyasi həyatındakı son hadisələri, o cümlədən şəhər hakimyyəti tərəfdarlareı ilə əleyhdarlarının meriya binası qarşısındakı qarşıdurmasını nümunə gətirib.

“Bir daha Ukrayna prezidentinə müraciətimlə bizdə qayda-qanun yaratmasına kömək göstərməsini tələb edirəm”, - Saakaşvili deyib.      

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?