Modern.az

İraq parlamentində əlbəyaxa dava

 İraq parlamentində əlbəyaxa dava

Dünya

26 Aprel 2016, 22:41


İraq parlamentində dava düşüb. Modern.az saytı Azvision.az-a istinadən xəbər verir ki, deputatlar baş nazir Heydər əl-Abadinin çıxışı zamanı onun üstünə butulka atıblar.  

Qalmaqal baş nazirin yeni hökumətin təqdim edilməsi və islahatlar haqqında çıxışı zamanı yaşanıb. Baş nazirin çıxışı zamanı deputatlar arasında bir neçə dəfə mübahisə düşüb, baş nazirin ünvanına təhqir dolu ifadələr səsləndirilib.  

Olaya baş nazirin mühafizəçiləri qarışıb.

Nəticədə parlament üzvləri ilə mühafizəçilər arasında əlbəyaxa dava olub.    

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı