Modern.az

Ermənistan parlamenti ordudakı problemləri etiraf edib

 Ermənistan parlamenti ordudakı problemləri etiraf edib

26 Aprel 2016, 23:39

 

Ermənistan parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə daimi komitəsinin sədri Koryun Naapetyan Müdafiə Nazirliyində kadr dəyişikliklərinin davam etdiriləcəyini deyib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, Naapetyan Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin istefaya göndərilməsinin onların ciddi nöqsanlara yol verməsi ilə bağlı olduğunu bildirib.

“İstefalar davam etdirilə bilər”, - deyə o əlavə edib.   

Naapetyanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında dördgünlük döyüşlər orduda operativ həll tələb edən ciddi problemlərin olduğunu aşkara çıxarıb: “Problemlərin həll olunması lazımdır”.  

Qeyd edək ki, Ermənistan prezidenti bu gün imzaladığı fərmanlarla müdafiə nazirinin müavinini, Baş Qərargah Kəşfiyyat İdarəsinin rəisi və rabitə qoşunlarının komandanını vəzifələrindən azad edib.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür