Modern.az

Donald Trampın triumfu: O, beş ştatda qələbə QAZANDI

Donald Trampın triumfu: O, beş ştatda qələbə QAZANDI

27 Aprel 2016, 10:31


ABŞ prezidentliyinə namizəd Donald Tramp Respublikaçılar Partiyasının namizədi kimi 5 ştatda qələbə qazanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Konnektikut, Delaver, Merilend, Pensilvaniya və Rod-Aylenr ştatlarında keçirilən partiyadaxaili praymerizdə Tramp lider olub.

Bununla o, əsas rəqibləri Ted Kruz və Con Keysikdən xeyli aralanıb.

Demokratlarda isə Meriland ştatındakı praymerizi Hillari Klinrton bayram edib.

ABŞ prezidentliyinə Respublikaçılardan namizəd olan Donald Tramp sonuncu praymerizlərlə bağlı öz fikirlərini bölüşüb.

Tramp rəqibi Hillari Klintonun kişi olacağı təqdirdə 5%-dən də az səs toplayacağını deyib.

“Açığı, Hillari Klinton kişi olsaydı səslərin 5%-dən də azını toplayardı. Onda olan yeganə keyfiyyət qadın olmasıdır. Əla olan isə budur ki, qadınlar onu sevmir. Baxın, qadınlar bu gün mənə nə qədər səs veriblər”.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir