Modern.az

Poroşenko Odessaya Milli Qvardiya göndərir

Poroşenko Odessaya Milli Qvardiya göndərir

27 Aprel 2016, 10:34



Ukrayna prezidenti Pyotr Poroşenko Milli Polisin və Mili Qvardiyanın rəisinə Odessaya əlavə 1000 nəfər göndərməyi tapşırıb. Modern.az Ukrayna mediasına istinadən bildirir ki, bu barədə Odessa vilayət dövlət administrasiyasının rəhbəri Mixail Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu, şəhərdə ictimai qaydaların qorunması üçün vacibdir. Odessaya güc dəstələrinin yeridilməsini qubernator dövlət başçısından xahiş edib.

Odessada yerli hakimiyyət arasında münaqişə davam edir. Aprelin 26-da indiki hakimiyyətin əleyhinə olanların təşkil etdiyi aksiyanın iştirakçıları həmin gecə hücumdan sonra meriyanın yerləşdiyi binanı mühasirəyə alıblar. Aksiya iştirakçıları şəhər rəhbəri Qennadi Truxanovun istefasını tələb ediblər.

Saakaşvili aprelin 11-də Truxanova qarşı cinayət işi qaldırılmasını tələb edib. O, həm də şəhər rəhbərini separatçı adlandırıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?