Modern.az

"İşgüzar dünya" jurnalı nəşrə başlayır

"İşgüzar dünya" jurnalı nəşrə başlayır

Media

6 Yanvar 2011, 16:40

Aylıq sosial-iqtisadi jurnalın ilk sayı yanvarın ortalarında işıq üzü görəcək

Ölkənin media bazarına daha bir jurnal daxil olur. "İşgüzar dünya" adlı sosial-iqtisadi jurnal dünya miqyaslı işgüzar əlaqələrdən tutmuş xırda sahibkarlığa qədər hər şeydən xəbər verəcək.

Jurnalın redaktoru Kəmalə Cahidqızı Modern.az-a bildirib ki, yeni nəşr siyasi mövzulara baş vurmayacaq. Onun sözlərinə görə, jurnalın adındakı “işgüzar” sözü sadəcə bizneslə məşğul olan iş adamlarından söhbət getmir: “Bizim fikrimizcə, öz işində peşəkar olan hər bir şəxs iş adamıdır. Bu mənada aktyor, müğənni, müəllim, jurnalist, saatsaz, çəkməçi, hətta xadimə də iş adamıdır və "İşgüzar dünya" bu şəxslərin hər birinin həyatı, fəaliyyəti üçün açıqdır”.

Kəmalə Cahidqızı deyib ki, jurnalda hər kəs üçün - elm adamından tutmuş evdar qadına, məktəbli uşaqlaradək hamıya maraqlı ola biləcək məlumatlar dərc olunacaq. Ayda bir dəfə dərc olunacaq jurnalın ilk sayının çapı yanvarın 10-12-nə planlaşdırılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir