Modern.az

İŞİD Türkiyə sərhəddindəki 5 kəndi ələ keçirdi

İŞİD Türkiyə sərhəddindəki 5 kəndi ələ keçirdi

Dünya

27 Aprel 2016, 17:39


İŞİD (İraq Şam İslam Dövləti) Türkiyə-Suriya sərhədində yerləşən 5 kəndi ələ keçirib.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları təşkilatı İŞİD-in Azez bölgəsində Suriya müxalifətinin əlində olan 5 kəndi ələ keçirdiyini bəyan edib.

“Son aylarda Hələbin şimalında yerləşən Azez ərazisi İŞİD-çilər, Suriya ordusu və kürd qüvvələri tərəfindən atəşə tutulurdu.

İŞİD-in həyata keçirdiyi bu irəliləmə əməliyyatı Marea və Azez şəhərlərinə İŞİD qüvvələrinin girişini təmin edə bilər”-deyə Suriya İnsan Haqları təşkilatının məlumatında bildirilir.

Terror  təşkilatına yaxın informasiya mənbələri də 5 kəndin İŞİD qüvvələri tərəfindən ələ keçirildiyini təsdiq edib.

Ağa  AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır